GündəmSəhiyyə

Almaniyada dörd nəfər meymunçiçəyi virusunun yeni ştamına yoluxub

Almaniyanın Şimali Reyn-Vestfaliya federal ərazisində bir ailənin dörd üzvü, o cümlədən iki uşaq meymunçiçəyi virusunun yeni ştamına yoluxub.

Specialnews.az xəbər verir ki, bu barədə WDR telekanalı yerli hakimiyyətə istinadən məlumat yayıb.

“Həftəsonu Reyniş-Bergiş rayonunda (Şimali Reyn-Vestfaliyada) meymunçiçəyi virusunun yeni ştamına yoluxmanın ilk halı qeydə alınıb. Ailə üzvlərindən biri virusun yeni variantına Afrikaya səfəri zamanı yoluxub”, – telekanal bildirib.

Qeyd olunub ki, o, ailəsinin üç üzvünü virusa yoluxdurub. Onlardan ikisi uşaqdır. Məlumata görə, onların hələlik karantində qalmasına ehtiyac yoxdur.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button