GündəmSiyasət

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü keçirilir

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

www.aktualinfo.az/carixeber “Report”a istinadən xəbər verir ki, XİN rəhbərləri görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə edəcək, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.

Görüşün yekunlarına əsasən, Azərbaycan və Rusiya Federasiyası arasında 2023-2024-cü illər üzrə XİN-lərarası məsləhətləşmələr Planının imzalanacağı gözlənilir. 

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 4-də Rusiyaya işgüzar səfərə yola düşüb.

Oxşar Xəbərlər

Back to top button