
Azərbaycan Xarici İşlər Nazirliyi Qətərin paytaxtı Dohaya edilən hücuma münasibət bildirib.
Specialnews.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib.
“Biz regional gərginliyi daha da gücləndirmək riski ilə Qətərə qarşı bugünkü hücumdan dərin narahatıq. Qətərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik və regionda sabitliyi qorumaq üçün diplomatik səylərə üstünlük verməyə çağırırıq”, – paylaşımda qeyd olunub.