AnalitikaGündəmSiyasət

8 Noyabr – Zəfər Günü

8 Noyabr Azərbaycan tarixində ən qürurverici günlərdən biridir. Bu gün 2020-ci ildə başa çatan Vətən müharibəsində qazandığımız böyük qələbənin rəmzidir. Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində torpaqlarımızı işğaldan azad etdi və Qarabağa zəfərlə qayıtdı.

Prezident İlham Əliyevin rəhbərliyi və xalqın birliyi sayəsində bu qələbə mümkün oldu. Şəhidlərimizin igidliyi, qazilərimizin fədakarlığı sayəsində üçrəngli bayrağımız yenidən Şuşada dalğalandı. 8 Noyabr tarixi isə əbədi olaraq Azərbaycan xalqının yaddaşına Zəfər Günü kimi həkk olundu.

Bu gün biz bütün şəhidlərimizi ehtiramla yad edirik. Onların qəhrəmanlığı sayəsində bu torpaqlarda azadlıq və sülh bərqərar olub. Zəfər Günü – xalqımızın birliyinin, gücünün və əzminin simvoludur.

Camal Qurbanəliyev,
YAP Nizami rayon gənc fəalı

Oxşar Xəbərlər

Back to top button