AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan Partiyasının yaranması: müasir dövlətçilik yolunda strateji başlanğıc

1992-ci il noyabrın 21-də əsası qoyulan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi səhnəsində mühüm bir mərhələnin başlanğıcı oldu. Həmin dövrdə Azərbaycan böyük ictimai-siyasi gərginliklə üz-üzə qalmışdı və cəmiyyət sabitliyə, güclü rəhbərliyə və düzgün idarəetmə modelinə ciddi ehtiyac duyurdu. YAP məhz bu ehtiyacın nəticəsi olaraq formalaşaraq ölkənin gələcək inkişaf xəttinin müəyyənləşməsində həlledici rol oynadı.

Partiyanın qurucusu və Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi YAP-ın fəaliyyət istiqamətlərinin, məqsədlərinin və dövlətçilik fəlsəfəsinin formalaşmasına əsas yaratdı. Onun rəhbərliyi ilə Azərbaycan qısa müddətdə siyasi xaosdan çıxaraq sabitlik mühitinə qədəm qoydu, dövlət quruculuğu prosesinə yeni dinamika gətirildi. Heydər Əliyevin müəyyən etdiyi strateji yol xəritəsi ölkənin iqtisadi modernləşməsi, beynəlxalq əlaqələrinin genişlənməsi və milli təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində dönüş nöqtəsi oldu.

Bu gün Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə öz fəaliyyətini daha da modernləşdirərək yeni dövrün çağırışlarına uyğun addımlar atır. Partiya dövlət idarəçiliyində yenilikçi yanaşmaların tətbiqinə, sosial rifahın yüksəldilməsinə və ölkənin dayanıqlı inkişaf konsepsiyasının həyata keçirilməsinə mühüm töhfələr verir. Cəmiyyətin müxtəlif təbəqələrini əhatə edərək milli həmrəylik Platforması rolunu çıxış edən YAP dövlətçilik ənənələrinin qorunmasına və gücləndirilməsinə xidmət edir.

Yeni Azərbaycan Partiyasının təsis olunmasının ildönümü yalnız tarixi bir hadisə kimi deyil, həm də müstəqil Azərbaycanın müasir siyasi sisteminin formalaşmasında başlanğıc nöqtəsi kimi xüsusi əhəmiyyət daşıyır. Partiyanın uzun illər ərzində gördüyü işlər ölkənin sürdürülebilir inkişafına, sabitliyinə və milli maraqların qorunmasına hədəflənmişdir. Bu ənənə bugün də uğurla davam etdirilir və Azərbaycanın gələcək inkişaf prioritetlərinin həyata keçirilməsində YAP əsas siyasi qüvvələrdən biri olaraq qalır.

Bəkirli Mürsəl,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button