DünyaGündəm

 Paşinyan bu ifadələrdən imtina etdi

Ermənistan Baş naziri Nikol Paşinyan opponentlərini tənqid edərkən artıq nalayiq ifadələrdən istifadə etməmək qərarına gəlib və partiya tərəfdaşlarını da buna çağırıb.

Specialnews.az xəbər verir ki, N.Paşinyan sosial şəbəkə hesablarında bununla bağlı hakim “Vətəndaş müqaviləsi” partiyası üçün etika məcəlləsinin qəbul edildiyini açıqlayıb.

O, yeni məcəllənin partiya üzvləri üçün yeni standartlar və davranış modelləri müəyyən etdiyini bildirib:

“Bundan sonra “Vətəndaş müqaviləsi” partiyasının üzvləri təhqirlərə və ya qeyri-etik leksikaya təhqirlə cavab verməməlidirlər. Bu, zəiflik əlaməti deyil, davranış kodeksinin ən yaxşı standartlarına sədaqətdir”.

Xatırladaq ki, Ermənistan Baş naziri bu ilin iyununda siyasi rəqiblərinə 1-5 iyul tarixləri arasında qarşılıqlı təhqirlərə son qoymağı və sosial şəbəkələrdə təhqiredici ifadələrdən istifadə etməməyi təklif etmişdi.

Oxşar Xəbərlər

Back to top button