MaraqlıGündəmSosial

“Qəhrəman Ruh, Parlaq Zəka” Şəhid Övladları Arasında Bilik və İstedad Festivalına qeydiyyat başladı!

Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclər və gənclər təşkilatları üçün elan etdiyi qrant müsabiqəsi əsasında həyata keçirilən “Qəhrəman Ruh, Parlaq Zəka” – Şəhid övladları arasında Bilik və İstedad Festivalı üzrə qeydiyyat mərhələsi başlamışdır.

“Qəhrəman Ruh, Parlaq Zəka” – Şəhid övladları arasında Bilik və İstedad Festivalı Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin tərəfdaşlığı ilə həyata keçiriləcəkdir. Festivalın əsas məqsədi şəhid övladlarının bilik, yaradıcılıq və istedad potensialının üzə çıxarılması, onların milli-mənəvi dəyərlər ruhunda inkişafına dəstək göstərməkdir.

Festival aşağıdakı istiqamətləri əhatə edir:
– Bilik və intellektual müsabiqələr
– İstedad və yaradıcılıq nümayişləri
– Məntiq və analitik düşüncə bacarıqları
– İncəsənət və yaradıcılıq nümunələri
– Xüsusi bacarıqlar və fərdi təqdimatlar

Layihədə Azərbaycan Respublikasında yaşayan 14–29 yaş aralığında olan şəhid övladları fərdi və ya qrup şəklində, müxtəlif bilik və istedad sahələri üzrə bacarığı olan gənclər iştirak edə bilər.

Keçirilmə tarixi: 17 yanvar 2025-ci il
Keçirilmə yeri: Bakı şəhəri
Son qeydiyyat tarixi: 09 yanvar 2026-cı il
Əlaqə nömrəsi: +994 77 320 23 39
Qeydiyyat linki: https://forms.gle/jPE1jFxHkB6BfRAT6

Qeyd edək ki, layihənin rəhbəri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “SABAH” Mərkəzinin IV kurs tələbəsi, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin idarə heyətinin fəal üzvü Əsgərova Ceyla Emil qızıdır.

Oxşar Xəbərlər

Back to top button