AnalitikaGündəmSiyasət

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə planlı, ardıcıl və uğurla davam edir

Azərbaycan Respublikasının müasir inkişaf tarixi Prezident cənab İlham Əliyevin adı ilə sıx bağlıdır. 2003-cü ildən etibarən ölkəyə rəhbərlik edən cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, ardıcıl və milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan bütün sahələr üzrə davamlı inkişaf yoluna qədəm qoymuşdur. Bu dövr ölkəmizin siyasi sabitliyinin möhkəmlənməsi, iqtisadi potensialının artması, sosial rifahın yüksəlməsi və beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə güclənməsi ilə xarakterizə olunur.

Prezident İlham Əliyevin fəaliyyətinin əsasını güclü dövlət quruculuğu və dayanıqlı inkişaf strategiyası təşkil edir. Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirərək onu müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirmişdir. Aparılan islahatlar nəticəsində dövlət idarəetmə sistemi təkmilləşdirilmiş, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. İqtisadi sahədə əldə olunan uğurlar Prezident İlham Əliyevin rəhbərliyi dövrünün ən mühüm göstəricilərindəndir. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ölkənin maliyyə imkanları xeyli genişlənmişdir. Neft strategiyasının uğurla həyata keçirilməsi ilə yanaşı, qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir.

Kənd təsərrüfatı, sənaye, turizm, nəqliyyat və logistika sahələrində reallaşdırılan layihələr iqtisadiyyatın şaxələndirilməsinə xidmət etmişdir. Sosial infrastrukturun yaradılması da dövlət siyasətinin əsas istiqamətlərindəndir. Azad edilmiş ərazilərdə məktəblər, uşaq bağçaları, xəstəxanalar, mədəniyyət evləri, idman kompleksləri tikilir. Bu obyektlər əhalinin rahat yaşayışını təmin etməklə yanaşı, insan kapitalının inkişafına da xidmət edir. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, qayıdan vətəndaşlar üçün bütün şərait yaradılmalı, onların rifahı yüksək səviyyədə təmin olunmalıdır. İqtisadi inkişaf və məşğulluq məsələləri məskunlaşdırma prosesinin ayrılmaz hissəsidir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatı, sənaye, turizm və xidmət sahələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu bölgələrdə “yaşıl enerji zonası” konsepsiyası həyata keçirilir. Günəş, külək və su enerjisi potensialından səmərəli istifadə Azərbaycanın enerji təhlükəsizliyini daha da möhkəmləndirir.

Dövlət–özəl tərəfdaşlığı mexanizmlərinin tətbiqi, investisiya təşviqi proqramları bölgəyə yerli və xarici sərmayələrin cəlb olunmasına şərait yaradır. Yeni müəssisələrin yaradılması iş yerlərinin açılmasına, əhalinin sosial rifahının yüksəlməsinə mühüm töhfə verir. Bu isə qayıdan əhalinin daimi və dayanıqlı məskunlaşmasını təmin edən əsas amillərdəndir. Prezident İlham Əliyevin siyasətində insan amili hər zaman mərkəzi yer tutur. Məcburi köçkünlərin sosial müdafiəsi, məşğulluğu və həyat şəraitinin yaxşılaşdırılması dövlət proqramlarının əsas məqsədidir. Qayıdan ailələrə müasir evlər təqdim olunur, sosial dəstək tədbirləri həyata keçirilir, onların cəmiyyətə inteqrasiyası üçün hərtərəfli şərait yaradılır.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə planlı, ardıcıl və uğurla davam edir. Bu proses Azərbaycanın güclü dövlət olduğunu, öz vətəndaşlarının rifahını prioritet hesab etdiyini bir daha sübut edir. Böyük Qayıdış siyasəti milli birliyimizi daha da möhkəmləndirir və ölkəmizin gələcək inkişafı üçün möhkəm təməl yaradır.

Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button