AnalitikaGündəmMaraqlıSosial

Nizami rayonunda Azərbaycan Gəncləri Günü münasibətilə bədii-əyləncə tədbiri təşkil edilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənclər və könüllülər üçün bədii-əyləncə tədbiri təşkil edib.

Specialnews.az xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli, partiyanın Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov və rayon təşkilatının sədri Ramil Vəlibəyov gəncləri təbrik ediblər.

Tədbirdə “Sərdaroğulları” ərazi partiya təşkilatı və könüllülər təltif olunublar.

Sonra tədbir musiqili-əyləncəli proqramla davam etdirilib.

Oxşar Xəbərlər

Back to top button