MaraqlıSosial

Bakı Texniki Kollecində Novruz bayramı münasibətilə tədbir keçirilib

Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Texniki Kollecində Novruz bayramı münasibətilə silsilə tədbirlər çərçivəsində maraqlı və rəngarəng proqram təşkil olunmuşdur.

Specialnews.az xəbər verir ki,tədbirdə kollecin müəllim və tələbə heyəti fəal iştirak etmiş, bayram proqramı milli musiqilər, rəqslər və səhnəciklərlə yadda qalmışdır. Tələbələr tərəfindən Novruz adət-ənənələrinin canlandırılması tədbirə xüsusi rəng qatmış, bayramın milli ruhu dolğun şəkildə əks etdirilmişdir. Eyni zamanda, səməni, milli şirniyyatlar və digər bayram atributları iştirakçılara xoş ovqat bəxş etmişdir.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərin qorunması, Novruz ənənələrinin gənc nəsil arasında təbliği, həmçinin kollektiv daxilində birlik və həmrəylik mühitinin daha da möhkəmləndirilməsi olmuşdur.

Sonda tədbir iştirakçıları bir-birini Novruz bayramı münasibətilə təbrik etmiş, xoş arzularını bölüşmüşlər.

Oxşar Xəbərlər

Back to top button