Sosial
Trend

Nizami rayonunda “Milli Qəhrəman ailələrinin Ulu Öndərlə xatirələri” adlı tədbir keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi və Vətən Qəhrəmanları İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Milli Qəhrəman ailələrinin Ulu Öndərlə xatirələri” adlı tədbir keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbirdə çıxış edən şəhid Milli Qəhrəman Samir Xasiyevin anası Gözəl xanım və şəhid Milli Qəhrəman Eldar Xəlilovun anası Tərlan xanım Ulu Öndərlə bağlı xatirələrini bölüşərək, onun şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıblar.

Daha sonra Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı sədrinin müavini Rəşadət Xalıqov, Nizami Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Taleh Əliyev, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Əli Əhmədovun köməkçisi Mais Günəşov, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nizami rayon nümayəndəliyinin rəhbəri Ədhəm Məmmədov, Vətən Qəhrəmanları İctimai Birliyinin sədri Nərmin Səfərova və digər çıxış edənlər Ümummilli Liderin dövlətçilik siyasətindən, vətənpərvərlik ideologiyasından və milli qəhrəmanlara göstərilən yüksək dəyərdən bəhs ediblər.

Çıxışlarda qeyd olunub ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir, şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir.

Tədbirin sonunda şəhid ailələri ilə xatirə şəkilləri çəkdirilib və onların xatirələri ehtiramla yad edilib.

Oxşar Xəbərlər

Back to top button