AnalitikaGündəmSiyasət

Kənd Təsərrüfatının İnkişafı Azərbaycanın Strateji Prioritetlərindəndir

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasətində kənd təsərrüfatı aparıcı istiqamətlərdən biri olaraq qalır. Son illərdə aqrar sahənin inkişafı məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər, fermerlərə göstərilən dövlət dəstəyi və müasir texnologiyaların tətbiqi bu sahədə əhəmiyyətli nəticələrin əldə olunmasına imkan verib.

Kənd təsərrüfatının inkişafı təkcə ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından deyil, həm də regionların sosial-iqtisadi tərəqqisi, yeni iş yerlərinin yaradılması və ixrac potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr kənd yerlərində infrastrukturun yenilənməsinə, suvarma sistemlərinin təkmilləşdirilməsinə və istehsal imkanlarının genişlənməsinə şərait yaradıb.

Aqrar sektorda innovativ yanaşmaların tətbiqi, rəqəmsal həllərin genişləndirilməsi və müasir kənd təsərrüfatı texnikasından istifadə məhsuldarlığın yüksəlməsinə təkan verir. Bu istiqamətdə görülən işlər Azərbaycan kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasına və beynəlxalq bazarlarda mövqelərinin möhkəmləndirilməsinə xidmət edir.

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “ağıllı kənd” layihələri də aqrar sahənin gələcək inkişaf modelini formalaşdıran mühüm təşəbbüslər sırasındadır. Müasir texnologiyalara əsaslanan bu layihələr kənd təsərrüfatında yeni idarəetmə və istehsal yanaşmalarının tətbiqinə imkan yaradır.

Aqrar sahənin davamlı inkişafı istiqamətində görülən tədbirlər Azərbaycanın iqtisadi dayanıqlığının möhkəmlənməsinə, kənd əhalisinin rifahının yüksəlməsinə və ölkənin ərzaq təminatının daha da güclənməsinə xidmət edir.

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button