
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən milli ordunun yaradılması haqqında qərar qəbul edilərkənqarşıya qoyulan əsas məqsəd gənc dövlətintəhlükəsizliyini təmin etmək idi. Aradan keçən bir əsrdənartıq müddət ərzində Azərbaycan Ordusu təkcə hərbibaxımdan deyil, həm də idarəetmə və resurslardan istifadəbaxımından mühüm inkişaf yolu keçmişdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu günAzərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındayer alır. Bu nəticə yalnız müasir silahların alınması və yahərbi texnikanın yenilənməsi ilə izah oluna bilməz. Hər birgüclü ordunun arxasında görünməyən, lakin stratejiəhəmiyyət daşıyan maliyyə və idarəetmə mexanizmidayanır.
Maliyyəçi nöqteyi-nəzərindən ordunun gücü ayrılmışvəsaitin həcmi ilə deyil, həmin vəsaitin yaratdığı nəticə iləölçülür. İqtisadiyyatda buna investisiyanın səmərəliliyideyilir. Dövlət büdcəsindən müdafiə sahəsinə yönəldilənvəsaitlərin peşəkar hazırlığa, müasir texnologiyalara, hərbiinfrastrukturun inkişafına və şəxsi heyətin sosialtəminatına çevrilməsi uzunmüddətli stratejiplanlaşdırmanın göstəricisidir.
Müharibələr tarix boyu göstərib ki, yalnız silah almaqqələbə qazandırmır. Silahın saxlanılması, logistikazəncirinin qurulması, texniki xidmətin təşkili, ehtiyatlarınidarə olunması və insan kapitalına qoyulan sərmayənəticənin əsas komponentləridir. Bu proseslərin hər biri isəəslində maliyyə uçotunun və resurs idarəçiliyinin tərkibhissəsidir.
44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, döyüşmeydanındakı uğurlar illərlə aparılmış planlı maliyyəsiyasətinin nəticəsidir. Mühasibatlıqda “aktivin dəyəri onungələcək faydası ilə ölçülür” prinsipi mövcuddur. Dövlətinmüdafiə sahəsinə yatırdığı investisiyalar da məhz ölkənintəhlükəsizliyi, ərazi bütövlüyünün bərpası və milli maraqların qorunması şəklində öz faydasını göstərdi.
Azərbaycan Ordusunun inkişafı eyni zamanda dövlətmaliyyəsinin strateji idarə olunmasının uğurlu nümunəsidir. Burada diqqət çəkən əsas məqam xərclərin sadəcəistehlak xarakteri daşımaması, gələcək təhlükəsizlikkapitalına çevrilməsidir. Bu yanaşma klassik mühasibatanlayışında xərc kimi görünən vəsaitlərin əslində milli təhlükəsizlik aktivi rolunu oynadığını göstərir.
Bu gün Azərbaycan Ordusunun beynəlxalq reytinqlərdəyüksək yerlərdə qərarlaşması yalnız hərbi göstərici deyil, həm də dövlət idarəçiliyinin, büdcə intizamının və stratejimaliyyə planlaşdırmasının nəticəsidir. Çünki güclü orduyalnız səngərdə deyil, həm də büdcə cədvəllərində, maliyyə hesabatlarında və düzgün idarə olunanresurslarda formalaşır.1918-ci ildə əsası qoyulan milli ordu ideyası bu gün müasirdövlətçilik modelinin ən uğurlu nəticələrindən birinəçevrilmişdir. Bu uğurun görünən tərəfi hərbi qələbələrdirsə, görünməyən tərəfi isə dəqiq hesablanmış maliyyəqərarları, səmərəli resurs bölgüsü və məsuliyyətliidarəetmə fəlsəfəsidir.Mühasibat uçotunda ən vacib anlayışlardan biri risklərinidarə edilməsidir. Dövlət səviyyəsində isə risklərin ənböyüyü milli təhlükəsizliyə yönələn təhdidlərdir. Bu baxımdan orduya ayrılan vəsaitlər sadəcə büdcə xərcideyil, gələcək risklərin qarşısını almaq üçün yaradılanstrateji ehtiyat fondudur. Necə ki, müəssisə gözlənilməzitkilərə qarşı maliyyə rezervləri formalaşdırır, dövlət dəgüclü ordu qurmaqla milli təhlükəsizliyin təminatı üçün ənetibarlı rezervini yaradır.Azərbaycan Ordusunun inkişafını yalnız hərbi uğur kimiqiymətləndirmək düzgün olmazdı. Bu inkişaf eynizamanda dövlətin iqtisadi dayanıqlığının göstəricisidir. Çünki iqtisadi cəhətdən güclü olmayan ölkə uzunmüddətlihərbi modernizasiya proqramlarını həyata keçirə bilməz. Son illər həyata keçirilən iqtisadi islahatlar, büdcəgəlirlərinin artması və maliyyə intizamının gücləndirilməsimüdafiə potensialının yüksəlməsinə birbaşa təsirgöstərmişdir.
Bir maliyyəçi kimi hesab edirəm ki, AzərbaycanOrdusunun uğurunun əsas səbəblərindən biriplanlaşdırma ilə nəticə arasında uyğunluğun təminedilməsidir. Çox vaxt müxtəlif sahələrdə ayrılmış vəsaitləəldə olunan nəticə arasında fərq müşahidə edilir. Lakin Azərbaycan Ordusunun timsalında ayrılan resursların real döyüş qabiliyyətinə çevrildiyini gördük. Bu isə maliyyəidarəçiliyinin effektivliyinin ən mühüm göstəricilərindənbiridir.
Əgər hər bir dövlət qurumunu böyük bir müəssisə kimitəsəvvür etsək, ordunu həmin müəssisənin təhlükəsizlikdepartamenti adlandırmaq olar. Təhlükəsizlik olmayanyerdə investisiya, inkişaf, sahibkarlıq və iqtisadi artım da mümkün deyil. Buna görə də güclü ordu əslində ölkəniniqtisadi inkişafının görünməyən təminatçısıdır.
Azərbaycan Ordusunun qazandığı qələbələr göstərdi ki, müasir dövrdə hərbi güc yalnız silah sayı ilə ölçülmür. İntellektual idarəetmə, texnologiyaların tətbiqi, düzgünplanlaşdırma və insan kapitalına yatırılan investisiyalardaha böyük rol oynayır. Bu amillərin hər biri isə maliyyəbaxımından uzunmüddətli və düşünülmüş strategiyanınnəticəsidir.
Nigar Abbaszadə ,
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatınınmühasibi



