AnalitikaDünyaGündəmSiyasət

Mədəniyyət Paytaxtından Siyasi Mərkəzə: Şuşanın Yeni Missiyası

Şuşa yalnız Azərbaycanın mədəniyyət paytaxtı kimi deyil, eyni zamanda beynəlxalq diplomatiyanın və strateji tərəfdaşlıqların rəsmiləşdiyi önəmli bir siyasi mərkəz kimi dünya tarixinə düşür. Slovakiya Prezidenti Peter Pelleqrininin bu müqəddəs şəhərə səfəri Şuşanın yeni qlobal missiyasının təsdiqidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarımızda xarici dövlət rəhbərlərinin ağırlanması, erməni vandalizminin fəsadlarını və Azərbaycanın qısa müddətdə yaratdığı quruculuq möcüzəsini dünyaya göstərmək üçün ən yaxşı vasitədir. Slovakiya liderinin Qarabağda səmimi qəbulu xalqlarımızın dostluq bağlarını daha da möhkəmləndirdi.

Bu səfər və səsləndirilən bəyanatlar göstərir ki, Şuşa artıq münaqişə deyil, sülh, inkişaf və beynəlxalq əməkdaşlıq şəhəridir. Azərbaycan-Slovakiya tərəfdaşlığı bu inkişafın önəmli bir parçası olacaq.

Kəmalə Abdullayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button