AnalitikaDünyaGündəmSiyasət

Süni İntellekt Dövründə Media: Rəqəmsal Keçidlər və Yeni Çağırışlar

Dünya nizamının və kommunikasiya vasitələrinin sürətli transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların üstünlük təşkil etdiyi qloballaşma dövrü milli mətbuatımız qarşısında mühüm vəzifələr qoyur. Siyasi proseslərin intensivləşdiyi və informasiya bolluğunun yaşandığı indiki şəraitdə qabaqcıl texnologiyaların tətbiqi jurnalistika üçün həyati əhəmiyyət kəsb edir.

Xüsusilə, süni intellektin imkanlarından istifadə, rəqəmsallaşma, media savadlılığının yüksəldilməsi və effektiv kommunikasiyanın həyata keçirilməsi medianın inkişaf perspektivlərini müəyyən edən əsas məsələlərdir. Bütün bu tendensiyalara rəğmən media peşə etikasını və məsuliyyətli jurnalistika ənənələrini heç zaman unutmamalı, dezinformasiya və saxta xəbərlərlə qətiyyətlə mübarizə aparmalıdır.

Azərbaycan dövlətinin və jurnalistlərimizin birgə səyləri nəticəsində ölkəmiz bu rəqəmsal çağırışlara adekvat cavab verərək milli informasiya resurslarının qlobal şəbəkədəki mövqelərini hər gün bir az da gücləndirir.

Regina Kovalyova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button