
Bu il Azərbaycanın Avropa İttifaqı ilə siyasi və iqtisadi münasibətlərində mühüm mərhələ yaşanır. Avropa İttifaqı Şurasının Prezidenti Koştanın və Avropa Komissiyasının Prezidenti Fon der Lyayenin ölkəmizə səfərləri bunun əyani sübutudur.
Prezident İlham Əliyev Almaniyadakı çıxışında bu səfərlərin çox böyük siyasi məna kəsb etdiyini və əlaqələri daha da gücləndirəcəyini vurğulamışdır. Almaniya İttifaq daxilində lider dövlət olduğu üçün bu inteqrasiya prosesində onun mövqeyi həlledici rol oynayır.
Gələcək əməkdaşlıq çərçivəsində Almaniyanın öz səylərini əsirgəməyəcəyinə dair verilən mesajlar ikitərəfli əlaqələrimizin perspektivlərini işıqlandırır. Azərbaycan Avropa üçün etibarlı və əvəzolunmaz strateji tərəfdaş olaraq qalır.
Zakir Şahverdi,
YAP Nizami rayon təşkilatının fəalı



