
Müasir tariximizin ən vacib hadisələrindən biri 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasıdır. Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı ilə imzalanmış Birgə Bəyannamə bu tarixi ədalətin bərpasını faktiki olaraq təsdiqləmişdir.
Bu sənədin imzalanmasından sonra ikitərəfli münasibətlərin normallaşması prosesi sürətlənərək sülh sazişinin paraflanmasına gətirib çıxardı. Azərbaycan sülh gündəliyinə sadiq qalaraq dərhal quruculuq və etimad tədbirlərinə başlamışdır.
Almaniyada verilən bəyanatda vurğulanmışdır ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra regionda sülh təklifi ilə çıxış edən əsas tərəf olmuşdur. Bu uğur həm də beynəlxalq hüququn təntənəsidir.
Sevda Lalayeva,
YAP Nizami rayon təşkilatının fəalı



