
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin dərinləşməsində mühüm mərhələlərdən biridir. Səfər zamanı dövlət başçılarının mətbuata verdikləri bəyanatlar ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini və gələcək hədəflərini əks etdirir.
Azərbaycan ilə Özbəkistan arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə – müttəfiqlik səviyyəsinə yüksəlib. Liderlər mətbuata bəyanatlarında iki ölkə arasındakı siyasi dialoqun yüksək səviyyəsini xüsusi qeyd ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim münasibətlərimiz artıq müttəfiqlik xarakteri daşıyır və bu, hər iki xalqın mənafelərinə, bölgəmizdə təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə xidmət edir.”
Bu istiqamətdə qarşılıqlı səfərlərin intensivliyi, parlamentlərarası əlaqələr və beynəlxalq təşkilatlar çərçivəsində (Türk Dövlətləri Təşkilatı, BMT, Qoşulmama Hərəkatı) sıx əməkdaşlıq xüsusi vurğulanıb.
İkitərəfli gündəliyin əsas hissəsini ticarət dövriyyəsinin artırılması və birgə investisiya layihələrinin həyata keçirilməsi təşkil edir. Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun fəaliyyəti bu sahədə əsas mexanizmlərdən biri kimi qiymətləndirilir.
Sənaye kooperasiyası, kənd təsərrüfatı, avtomobilqayırma və neft-qaz sektorunda birgə layihələrin genişləndirilməsi, alternativ və bərpaolunan enerji mənbələri sahəsində təcrübə mübadiləsi və yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində səylərin birləşdirilməsi səfər çərçivəsində müzakirə olunan əsas məsələləri təşkil edmişdir.
Prezident İlham Əliyev: “İqtisadi sahədə əldə olunan nəzarət rəqəmlər və reallaşdırılan layihələr göstərir ki, bizim qarşımızda duran hədəflər daha da böyükdür və biz bu hədəflərə inamla irəliləyirik.”
Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində əməkdaşlıq həm Azərbaycan, həm də Özbəkistan üçün strateji əhəmiyyət daşıyır. Özbəkistan mallarının Azərbaycan ərazisindən keçməklə dünya bazarlarına çıxarılması, eləcə də nəqliyyat infrastrukturunun modernləşdirilməsi bəyanatlarda geniş yer alıb.
Xalqlarımız arasında tarixi, mədəni və mənəvi bağların möhkəmləndirilməsi dövlət başçılarının diqqət mərkəzində olub. Özbəkistanda Azərbaycan mədəniyyəti günlərinin, Azərbaycanda isə Özbəkistan mədəniyyəti tədbirlərinin keçirilməsi humanitar sahədə əməkdaşlığın bariz nümunəsidir.
Prezident İlham Əliyev: “Humanitar sahə bizim qardaşlığımızın təməl daşıdır. Mədəniyyət, təhsil, gənclər siyasəti sahəsində əlaqələrimiz gələcək nəsillər üçün möhkəm zəmin yaradır.”
Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfərinin yekunları ilə bağlı mətbuata verilən bəyanat bir daha təsdiq etdi ki, Azərbaycan və Özbəkistan strateji tərəfdaşlığı qarşılıqlı etimad, qardaşlıq və ortaq maraqlara əsaslanır. İmzalanmış sənədlər və səsləndirilən bəyanatlar yaxın illərdə ikitərəfli münasibətlərin daha da dərinləşəcəyindən və regional inteqrasiyaya mühüm töhfə verəcəyindən xəbər verir.
Əliyev Toğrul,
Nizami rayonunun fəal gənci, Azərbaycan Diplomatiya Akademiyasının tələbəsi



