AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan–Özbəkistan: sarsılmaz müttəfiqliyin yeni zirvəsi

Azərbaycan-Özbəkistan əlaqələrinin müasir vəziyyəti Prezident İlham Əliyevin genişmiqyaslı müsahibəsində öz əksini tapıb. Prezident İlham Əliyev bildirib ki, qədim tarixi və mənəviköklərə əsaslanan bu birlik hazırda iki güclü və suveren dövlətin sarsılmaz müttəfiqliyinə çevrilmişdir. Siyasi və institusional əlaqələrin möhkəmlənməsi məsələsinə toxunan Prezident İlham Əliyev vurğulayıb ki, ali səviyyəli təmaslar hər iki ölkənin qlobal arenadakı mövqeyini gücləndirir. Daşkənddə və Bakıda keçirilən iclaslar birgə fəaliyyət əzmini nümayiş etdirir.

İqtisadi sahədə qeydə alınan artım müsahibənin mühüm tezislərindəndir. Prezident İlham Əliyev qeyd edir ki, 2025-ci ildə ticarət dövriyyəsinin üç dəfədən çox artaraq 795 milyon dollara çatması, eləcə də 500 milyon dollarlıq birgə İnvestisiya Şirkətinin yaradılması böyük iqtisadi potensialdan xəbər verir. Enerji və tranzit sektorundakı əməkdaşlıq müsahibədə xüsusi olaraq vurğulanır.

Tranzit daşımalarının artaraq 1,4 milyon tona çatması və SOCAR ilə ‘Özbəknefteqaz’ arasındakı ortaq layihələr ölkələrimizin Avrasiyanın əsas logistika mərkəzinə çevrilməsinə təkan verir. Xalqlarımız arasındakı qardaşlaşmış şəhərlər ənənəsi (Şuşa-Xivə, Bakı-Daşkənd) ortaq irsimizin bariz qorunmasıdır. Prezident İlham Əliyev müsahibəni ümumiləşdirərək bildirir ki, həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli əsasda qorunan bu sarsılmaz vəhdət Avrasiyada əsas sabitlik mənbəyidir.

Mircavid Hüseynov,
YAP Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 152” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button