AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan və Özbəkistan əməkdaşlığı bütövlükdə Avrasiya regionunda olduqca mühüm rol oynayır

.Son dövrlərin ən mühüm analitik tezislərini özündə ehtiva edən sənədlərdən biri Prezident İlham Əliyevin Özbəkistan mətbuatına müsahibəsidir. Bu müsahibədə Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan qardaşlığının müasir dövrdə ən yüksək zirvəyə müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırmışdır. Dövlətlərarası siyasi dialoq barədə danışarkən, Prezident İlham Əliyev iki ölkə başçılarının rəsmi və dövlət səfərlərinin əhəmiyyətini önə çəkib. İmzalanmış bəyannamələr təkcə kağız üzərində deyil, reallıqda da təbii müttəfiqliyimizi qəti şəkildə rəsmiləşdirmişdir.

Müsahibədə iqtisadi inteqrasiyanın dərinləşməsi xüsusi rəqəmlərlə əsaslandırılıb. Hər iki ölkədə irimiqyaslı layihələrin, məsələn, ‘PASHA Holding’in Daşkənddəki fəaliyyətinin və Azərbaycanda 130-dan çox özbək şirkətinin fəaliyyət göstərməsi ortaq maraqların göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi bizi təbii tranzit tərəfdaşlarına çevirir. Yaşıl enerji və neft-kimya sənayesindəki ortaq təşəbbüslər (məsələn, ‘Turan Energy AFEZCO’) inkişafın mühüm tərkib hissəsidir. Xalqlarımız arasındakı qardaşlaşmış şəhərlər ənənəsi (Şuşa-Xivə, Bakı-Daşkənd) ortaq irsimizin bariz qorunmasıdır. Prezident İlham Əliyev müsahibəni ümumiləşdirərək bildirir ki, həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli əsasda qorunan bu sarsılmaz vəhdət Avrasiyada əsas sabitlik mənbəyidir.

Arif Qurbanov,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 161” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button