AnalitikaGündəmSiyasət

Hərbi-Strateji Transformasiya Və Suverenlik Zəfəri

Cənubi Qafqazın hərbi-siyasi arxitekturası 20 sentyabr 2023-cü il zəfəri ilə bərpaolunmaz və müsbət bir transformasiyaya uğradı. Analitik nöqteyi-nəzərdən, Qarabağda fəaliyyət göstərən qeyri-qanuni hərbi birləşmələrin zərərsizləşdirilməsi regionda hərbiləşdirilmiş “boz zona” konseptinə birdəfəlik son qoydu. Prezident İlham Əliyev tərəfindən illərdir həyata keçirilən sistemli ordu quruculuğu və müdafiə strategiyası bu transformasiyanın ən əsas hərəkətverici qüvvəsi kimi çıxış etdi.

Cəmi 23 saat davam edən antiterror tədbirləri Azərbaycan Silahlı Qüvvələrinin əməliyyat imkanlarının ən yüksək zirvəsini nümayiş etdirdi. Şəbəkə mərkəzli idarəetmə və yüksək dəqiqlikli silahlardan istifadə ilə düşmənin hərbi infrastrukturunun məhvi müasir hərb elminin unikal nümunəsidir. Prezident İlham Əliyev bu xüsusi əməliyyatın komandanlığını birbaşa və zərgər dəqiqliyi ilə həyata keçirərək, mülki itkilərin sıfıra endirilməsini mütləq tələb kimi qoymuşdu.

Bu hərbi-strateji nailiyyət regionda xarici hərbi mövcudluq ehtiyacını da tamamilə aradan qaldırdı. Ərazi bütövlüyünün mütləq təmini Azərbaycanın müdafiə xəttini dövlət sərhədləri boyu etibarlı şəkildə formalaşdırmağa tam imkan verdi. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən “Dəmir Yumruq” siyasəti, düşmənin istənilən revanşist cəhdini hələ rüşeym halında ikən məhv etmək üçün yenilməz bir çəkindirici mexanizm yaratdı.

20 Sentyabr Dövlət Suverenliyi Günü ölkəmizin hərbi gücünün və strateji idarəçiliyinin mütləq bəhrəsidir. Bu tarix göstərir ki, Prezident İlham Əliyev tərəfindən qurulan və formalaşdırılan müasir ordu modeli Azərbaycanın dövlət müstəqilliyinin və tam suverenliyinin əbədi, sarsılmaz qarantıdır.

Nazlı Ələkbərova, 

YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button