AnalitikaGündəmSiyasət

Azərbaycan Türk dövlətləri Təşkilatının ən önəmli sütunudur

Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzununartdığı bir dövrdə Azərbaycanın təşkilat çərçivəsindəfəal rolu xüsusi diqqət çəkir. Son günlər Bakıda TDT üzv dövlətlərinin dini liderlərinin, ardınca isəTəhlükəsizlik Şuralarının katiblərinin yüksəksəviyyəlitoplantılarının keçirilməsi ölkəmizin Türk dünyası iləəlaqələrinin sistemli çoxşaxəli xarakter daşıdığınıgöstərir

Hazırda ölkəmizin geosiyasi etno-mədəni xəritədəkiyeri, sadəcə, coğrafi koordinat deyil, Avrasiyanıngələcəyi üçün strateji qovşaqdır. Bu gün CənubiQafqazın aparıcı dövləti olan Azərbaycanın həm Türk dünyasının ayrılmaz bir parçası, həm bu regiondayerləşən yeganə Türk dövləti olması ölkəmizin unikalmissiya qoyur.

Bu mürəkkəb kimlik coğrafi reallıq onu regionuntəkcə bir aktoruna deyil, geosiyasi dinamikanıformalaşdıran əsas güc mərkəzinə çevirir.

Əminliklə söyləmək olar ki, Azərbaycan TDT-ninmərkəzi sütunlarından biridir. Mərkəzi Asiyadakı Türk respublikalarının Avropa dünya bazarlarına çıxışıməhz Azərbaycanın infrastrukturuBakı-Tbilisi-Qarsdəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Trans-XəzərBeynəlxalq Nəqliyyat Marşrutuvasitəsilə mümkündür. Beləliklə, Azərbaycan yalnız özmilli maraqlarını təmin etmir, həm Mərkəzi Asiya ilə Anadolunu, nəticə etibarilə bütün Türk dünyasınıbirləşdirən geoiqtisadi zəncir rolunu oynayır.

Azərbaycanın TDT çərçivəsində fəallığında Prezidentİlham Əliyevin siyasi xəttinin xüsusi yeri var. Dövlətimizin başçısı çıxışlarında Türk dünyasınıAzərbaycanın xarici siyasətinin prioritetistiqamətlərindən biri kimi təqdim edir. Onunyanaşmasında diqqətçəkən məqamlardan biri Türk dünyası anlayışının yalnız tarixi mədəni kateqoriyakimi deyil, müasir siyasi iqtisadi əməkdaşlıqplatforması kimi təqdim edilməsidir. Bu yanaşma TDT-nin fəaliyyət istiqamətlərində öz əksini tapır. Təşkilatın gündəliyində artıq yalnız dil, mədəniyyət tarixi irslə bağlı məsələlər deyil, ticarət, investisiya, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar, təhlükəsizlik digər praktiki sahələr mühüm yer tutur.

Digər tərəfdən, TDT-nin beynəlxalq sistemdə rolugenişləndikcə siyasi, təhlükəsizlik iqtisadiəməkdaşlıq imkanlarının da artması gözlənilir. Bu baxımdan Azərbaycanın təşkilat daxilində fəal iştirakı Bakının çoxtərəfli dialoq məkanı kimi mövqeyi türkdövlətləri arasında əməkdaşlığın gələcək mərhələsiüçün xüsusi əhəmiyyət daşıyır.

TDT-nin əsas strateji hədəflərindən biri aparıcıbeynəlxalq təşkilatlardan birinə çevrilməkdir. 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündənsonra təşkilat üzv ölkələr arasında əlaqələrin inkişafı, mühüm məsələlərin həlli beynəlxalq arenadamövqelərinin möhkəmləndirilməsi istiqamətindəəhəmiyyətli yol keçib. Bu gün TDT müxtəlif sahələriəhatə edən əməkdaşlıq mexanizmlərinə malikdir onun potensialından daha geniş istifadə olunması üçünimkanlar artır. ‎Bu baxımdan dövlət başçılarınıngörüşlərinin daha intensiv keçirilməsi mühüməhəmiyyət daşıyır.

Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan buprosesdə həm platforma, həm təşəbbüskar, həm etibarlı tərəfdaş kimi çıxış edir. Ölkəmizin TDT çərçivəsində ardıcıl siyasəti Türk dünyasınınpotensialının daha səmərəli reallaşdırılmasına, üzvdövlətlər arasında qarşılıqlı etimadın həmrəyliyindaha da möhkəmləndirilməsinə xidmət edir

Ən əsası, Azərbaycanın TDT- fəallığını yalnıztürkdövlətləri ilə həmrəylikanlayışı ilə məhdudlaşdırmaqolmaz. Burada daha geniş proses – ortaq tarixi mədəni bağların siyasi institutlara, iqtisadi layihələrə, nəqliyyat enerji dəhlizlərinə, təhlükəsizlikmexanizmlərinə humanitar əməkdaşlığa çevrilməsiprosesi gedir. Azərbaycanın Qafqazda yerləşməsi isəprosesdə ona xüsusi geostrateji mövqe qazandırır. Bu status Azərbaycana Türk dünyasının Qərbə açılanqapısı Qafqazın geosiyasi təhlükəsizlikarxitekturasının əsas memarı olmaq imkanı verir.

Elçin Quliyev,
YAP Nərimanov Rayon Təşkilatının sədri

 

Oxşar Xəbərlər

Back to top button