AnalitikaGündəmSiyasət

Hərbi qulluqçuların sosial müdafiəsi dövlət siyasətinin mühüm istiqamətidir

Azərbaycan dövlətinin sosial siyasətində hərbi qulluqçuların rifahının təmin olunması xüsusi əhəmiyyət daşıyan istiqamətlərdən biridir. Ölkənin müdafiə qabiliyyətinin əsas dayaqlarından olan hərbi qulluqçuların xidmət şəraitinin, sosial təminatının və gələcək təminat mexanizmlərinin təkmilləşdirilməsi həm insan kapitalının qorunması, həm də peşəkar hərbi xidmət sisteminin inkişafı baxımından mühüm məsələdir. Təqdim olunan yeni sosial islahat paketi də bu yanaşmanın davamı kimi çıxış edir.

Əməkhaqqı sisteminin yenilənməsi, vəzifə və rütbə maaşlarının yeni prinsiplərlə formalaşdırılması hərbi xidmətin maliyyə təminatında daha sistemli modelin yaradılmasına yönəlib. Hərbi qulluqçuların əməkhaqlarının orta hesabla 22,8 faiz artırılması və bunun üçün illik 550 milyon manat əlavə vəsait ayrılması islahatın miqyasını göstərən əsas göstəricilər sırasındadır.

Bu dəyişikliklər yalnız cari gəlirlərin artırılması ilə məhdudlaşmır. Əməkhaqqı və pensiya mexanizmlərinin paralel şəkildə yenilənməsi hərbi xidmətin sosial təminat sisteminin daha uzunmüddətli əsaslarla qurulmasına imkan yaradır. Beləliklə, hərbi qulluqçunun xidmət dövründəki gəliri ilə gələcək pensiya təminatı arasında daha müasir əlaqənin formalaşdırılması nəzərdə tutulur.

Elxan İskəndərov,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 142” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button