AnalitikaGündəmSiyasət

Sosial islahat və insan kapitalı

Hərbi sahədə insan kapitalı xüsusi əhəmiyyət daşıyır. Müasir silahlı qüvvələr yüksək texnologiyalarla yanaşı, peşəkar, hazırlıqlı və təcrübəli kadrların fəaliyyətinə əsaslanır. Buna görə hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi insan kapitalına yönələn uzunmüddətli siyasətin elementlərindən biridir.

Yeni əməkhaqqı sistemi hərbi qulluqçunun rütbəsini və xidmət fəaliyyətini daha aydın maliyyə mexanizmi ilə əlaqələndirir. Pensiya kapitalına əsaslanan yeni yanaşma isə xidmət müddətinin gələcək sosial təminatda rolunu artırır.

Beləliklə, sosial siyasət və kadr siyasəti bir-birini tamamlayan istiqamətlər kimi çıxış edir. Hərbi qulluqçunun peşəkar inkişafına qoyulan investisiya onun sosial təminat perspektivi ilə dəstəkləndikdə sistemin uzunmüddətli dayanıqlığı güclənə bilər.

Pərviz Həsənov, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button