AnalitikaDünyaElm və Təhsil

Bütöv Azərbaycan: Suverenliyin tam bərpası

2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir dövlətçilik tarixinin növbəti Zəfər mərhələsi oldu. Cəmi 24 saatdan az müddətdə uğurla tamamlanan bu əməliyyat nəticəsində Qarabağda qanunsuz mövcudluğunu sürdürən xunta rejimi təslim oldu və separatçı qüvvələr tərk-silah edildi.

Bu tarixi addımla Azərbaycan Respublikası bütün ərazisində öz dövlət suverenliyini tam və qəti şəkildə bərpa etdi. 2020-ci ilin 27 Sentyabrında başlayan Vətən müharibəsi ilə qoyulan milli iradə və azadlıq mübarizəsi öz məntiqi nəticəsinə çatdı. Dövlət bayrağımızın Xankəndi, Xocalı, Əsgəran, Xocavənd və Ağdərədə ucaldılması xalqımızın onilliklər boyu həsrətində olduğu tarixi ədalətin təntənəsi idi.

Prezident İlham Əliyevin vurğuladığı kimi, bu uğur yalnız hərbi üstünlük deyil, həm də beynəlxalq hüququn, milli qürurun və siyasi iradənin təmin olunması idi. Antiterror tədbirləri zamanı Azərbaycan Ordusu yüksək peşəkarlıq və dəqiqlik nümayiş etdirərək mülki əhalini və infrastrukturu tam şəkildə qorudu, şəhidlərimizin qanını yerə qoymadı.

Bu gün 27 Sentyabrdan başlayan yol bütöv, suveren və güclü Azərbaycanın formalaşması ilə nəticələnib. Şəhidlərimizin azad etdiyi və tam suverenliyinə qovuşan bu torpaqlarda indi bərpa-quruculuq işləri sürətlə davam edir, soydaşlarımız öz dədə-baba yurdlarına qayıdırlar. Bu, Anım Gününün bizə xatırlatdığı ən böyük mənəvi Zəfərdir.

Mürsəl Bəkirli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button