AnalitikaGündəmSiyasət

Xaosdan Sabitliyə: Heydər Əliyevin Hakimiyyətə Qayıdışı və Dövlət Quruculuğu

3 oktyabr 1993-cü il seçkiləri yalnız bir rəhbərin dəyişməsi deyil, həm də Azərbaycanın siyasi kursunun yenilənməsi demək idi. Heydər Əliyevin prezident seçilməsi ilə ölkədə xaos və hərc-məncliyə son qoyuldu, dövlət idarəçilik sistemi bərpa edildi.

Prezident seçildikdən dərhal sonra Heydər Əliyev ölkədə daxili sabitliyi təmin etmək, qanunsuz silahlı birləşmələri ləğv etmək və nizami ordu quruculuğuna başlamaq istiqamətində qətiyyətli addımlar atdı. 1994-cü ildə imzalana “Əsrin Müqaviləsi” və atəşkəs razılaşması məhz bu siyasi iradənin nəticəsi idi. 3 oktyabr tarixi Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilməsi və müasir inkişaf yoluna qədəm qoyması prosesinin rəsmi başlangıcı hesab olunur.

Nihal Muradzadə,
YAP Nizami rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button