
Bu gün Vətən müharibəsi şəhidi Əhmədov Natiq Namiq oğlunun anım günüdür. Bununla əlaqədar Binə qəsəbəsində Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət edilib. Ziyarətdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, RİHBA-nın əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.










