AnalitikaGündəmOrduQarabağ və Şərqi ZəngəzurSiyasət

Füzuli Şəhər Günü: Böyük Qayıdışın təntənəsi 

Azərbaycanın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılmış Füzuli şəhərinin azad olunması xalqımızın birliyinin təntənəsidir. Hər il oktyabrın 17-si ölkəmizdə Füzuli Şəhəri Günü kimi böyük coşğu ilə qeyd olunur. Uzun illər erməni işğalında qalaraq viran qoyulmuş bu torpaq bu gün tamamilə yeniandan qurulur.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa strategiyası Füzulidə öz bəhrəsini verməkdədir. 2020-ci ilin payızında şanlı Vətən müharibəsində qazanılan Zəfər Füzuliyə azadlıq nəfəsi gətirdi.Ermənistan silahlı qüvvələrinin darmadağın edildiyi Füzuli əməliyyatı hərb tariximizə daxil oldu.

Prezident İlham Əliyev işğaldan azad edilən bölgələrə ilk səfərlərini məhz Füzulidən başlamışdır. Dövlət başçısının Füzuliyə etdiyi hər bir səfər tarixi əhəmiyyət daşıyan obyektlərin açılışı və təməlqoyma mərasimləri ilə yadda qalıb. Prezident İlham Əliyevin iştirakı ilə açılışı edilən Füzuli Beynəlxalq Hava Limanı regionun inkişafında mühüm rol oynayır. Bu hava limanı dünyanın müasir standartlarına cavab verən önəmli aviasiya mərkəzidir. Dövlət başçısı Füzuli rayonuna səfərləri zamanı bir çox kəndlərin təməlinin qoyulması mərasimlərində şəxsən iştirak edib. Füzuli şəhərinin baş planı əsasında həyata keçirilən layihələr şəhərin simasını kökündən dəyişdirib. Müasir yaşayış massivləri, geniş avtomobil yolları və sosial obyektlər qısa müddətdə istifadəyə verilib. Prezident İlham Əliyevin Füzuliyə səfərləri zamanı qaldırdığı üçrəngli Azərbaycan bayrağı hər yerdə qürurla dalğalanır. Füzuli sakinləri öz doğma yurdlarına – Ata yurdlarına böyük coşğu və sevinclə geri dönürlər. “Böyük Qayıdış” proqramı çərçivəsində Füzuliyə köçürülən ailələrin sayı durmadan artır. Prezident İlham Əliyev köçkünlərlə görüşərək onların həyat şəraiti ilə yaxından tanış olur, qayğıları ilə maraqlanır. Dövlət başçısının füzulililərə təqdim etdiyi yeni evlər yüksək rahatlıq standartlarına cavab verir. Füzulidə təhsil ocaqları, o cümlədən müasir məktəb binası şagirdlərin ixtiyarına verilib. Səhiyyə xidmətlərinin keyfiyyətini artırmaq məqsədilə Füzuli Rayon Xəstəxanası da inşa edilərək istifadəyə verilmişdir.

Şəhərdə salınan yeni parklar, istirahət zonaları və yaşıllıqlar Füzuliyə xüsusi gözəllik verir. İqtisadi sahədə də mühüm addımlar atılaraq Füzuli Sənaye Parkı yaradılıb.Sənaye parkında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Bu layihələr Füzulidə yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun təmin olunmasına xidmət edir. Füzuli rayonunun kənd təsərrüfatı potensialı da dirçəldilir, əkin sahələri dövriyyəyə qaytarılır. Minalardan təmizlənən torpaqlarda dinc həyat yenidən öz axınına qayıdıb. Füzuli Şəhəri Günü həm də qürur, iftixar və tarixi ədalətin bərpasının rəmzidir. İşğal illərində dağıdılmış məscidlər dövlət tərəfindən əsl memarlıq üslubuna uyğun olaraq bərpa olunur. Füzulinin tarixi siması qorunub saxlanılmaqla yanaşı, müasir tələblərə cavab verən şəhər quruculuğu həyata keçirilir.Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi bu quruculuq işlərinin əsas təminatçısıdır.Xalqla hakimiyyətin birliyi Füzulidə aparılan işlərin uğurunun sirridir. Füzuli gəncləri artıq öz doğma torpaqlarında sərbəst şəkildə təhsil alır, yaradır və yaşayırlar. Şəhidlərimizin qanı ilə suvarılmış bu müqəddəs torpaq indi əmin-amanlıq içindədir. Hər bir füzulili dövlətimizin göstərdiyi diqqət və qayğıdan sonsuz minnətdarlıq duyur.

Oktyabrın 17-si Füzuli sakinləri üçün ikiqat bayram, ikiqat sevinc günüdür.Bu gün Füzulidən dünyaya sülh, tərəqqi və quruculuq mesajları ötürülür. Rayonun hər bir guşəsində aparılan abadlıq işləri görənlərdə heyranlıq doğurur. Azərbaycan dövlətinin gücü və qüdrəti Füzulinin timsalında bütün dünyaya nümayiş etdirilir. Sabahın Füzulisi daha da güclü, gözəl və inkişaf etmiş bir məkan olacaq. Yaşasın müzəffər Azərbaycan Ordusu, yaşasın azad Füzuli!

Mayıl Əliyev,
Nizami Rayon Ağsaqqallar Şurasının sədri

Oxşar Xəbərlər

Back to top button