AnalitikaGündəmSiyasət

Azərbaycanın Asiya ilə iqtisadi və nəqliyyat əlaqələrində yeni strateji üfüqlər

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Bakı Zirvə Toplantısı iqtisadi əməkdaşlıq və nəqliyyat dəhlizlərinin şaxələndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşdiyini xüsusi vurğuladı. Müasir dünyada logistik marşrutların təhlükəsizliyi və fasiləsizliyi iqtisadi inkişafın əsas şərtlərindən biridir. Azərbaycan son illərdə nəqliyyat infrastrukturasının modernləşdirilməsinə milyardlarla sərmayə yatırıb. Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Ələt Beynəlxalq Dəniz Ticarət Limanı Asiya ilə Avropanı birləşdirən mühüm halqalardır. Prezident İlham Əliyev qeyd etmişdir ki, nəqliyyat sahəsində regional inteqrasiya ticarət dövriyyəsinin artmasına və xalqların rifahının yaxşılaşmasına birbaşa xidmət edir. AQEM çərçivəsində iqtisadi əlaqələrin genişləndirilməsi üzv ölkələr üçün yeni imkanlar pəncərəsi açır. Azərbaycanın təşəbbüskarı olduğu və iştirak etdiyi qlobal layihələr Asiya ölkələrinin dünya bazarlarına çıxışını əhəmiyyətli dərəcədə asanlaşdırır. İnfrastrukturun inkişafı ticarət maneələrinin aradan qaldırılması və gömrük prosedurlarının sadələşdirilməsi ilə müşayiət olunmalıdır.

Dövlət başçısı çıxışında enerji təhlükəsizliyi məsələlərinə də toxunaraq Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini bir daha diqqətə çatdırdı. Ölkəmiz təbii qaz və neft ixracı ilə yanaşı, yaşıl enerji layihələrinin də fəal iştirakçısına çevrilməkdədir. Xəzər dənizinin yaşıl enerji potensialının Avropaya və Asiyaya ötürülməsi istiqamətində genişmiqyaslı işlər görülür. Zirvə toplantısı çərçivəsində ticarət əlaqələrinin rəqəmsallaşdırılması və elektron ticarətin inkişafı da geniş müzakirə olunmuşdur. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi qeyri-neft sektorunun inkişafına və ixrac potensialının artırılmasına yönəlib. Asiya bazarları ilə sıx ticarət əlaqələri ölkəmizin ixrac coğrafiyasını daha da genişləndirir. Prezident İlham Əliyev vurğuladı ki, qarşılıqlı investisiyaların qoyuluşu iqtisadi tərəfdaşlığın dərinləşməsinin əsas mexanizmlərindən biridir. Azərbaycan bir çox Asiya ölkələri ilə ikitərəfli investisiya fondlarının yaradılmasında maraqlıdır. Sahibkarlar arasında birbaşa əlaqələrin qurulması işgüzar mühitin sağlamlaşdırılmasına müsbət təsir göstərir. Zirvə toplantısı iş adamları və investorlar üçün də mühüm ünsiyyət platforması rolunu oynayır. Nəqliyyat dəhlizlərinin ötürücülük qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən layihələr regional sabitliyə də xidmət edir. Azərbaycan öz coğrafi üstünlüklərindən səmərəli istifadə edərək Asiya ilə Avropa arasında etibarlı körpü rolunu uğurla yerinə yetirir. Dövlət başçısının çıxışında səslənən fikirlər bir daha sübut edir ki, ölkəmiz iqtisadi sahədə qlobal təşəbbüslərin fəal iştirakçısıdır. AQEM ölkələri arasında sənaye kooperasiyasının gücləndirilməsi yüksək texnologiyalar sahəsində əməkdaşlığa da yol açır. İnnovasiyalar və rəqəmsal transformasiya iqtisadiyyatın dayanıqlılığını təmin edən əsas amillərdəndir. Azərbaycan bu istiqamətdə həyata keçirdiyi dövlət proqramlarının nəticələrini tərəfdaşlarla bölüşməyə hazırdır. Tədbir iştirakçıları Azərbaycanın qısa müddət əldə etdiyi iqtisadi nailiyyətləri və quruculuq işlərini heyranlıqla izləyirlər. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən nəhəng infrastruktur layihələri də regional nəqliyyat şəbəkəsinə inteqrasiya olunur. Zəngəzur dəhlizinin açılması Asiya ilə Avropa arasındakı nəqliyyat əlaqələrini daha da qısaldacaq və səmərəli edəcəkdir. Prezident İlham Əliyev bu layihənin strateji əhəmiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə çatdırmışdır. İqtisadi əməkdaşlığın genişlənməsi həm də yeni iş yerlərinin açılmasına və yoxsulluğun azaldılmasına xidmət edir. Azərbaycan hər zaman qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiq qalıb və bundan sonra da bu siyasəti davam etdirəcəkdir. Bakı Zirvə Toplantısı iqtisadi inteqrasiyanın dərinləşməsi baxımından yeni bir epoxanın başlanğıcıdır. Sonda qeyd etmək lazımdır ki, ölkəmizin iqtisadi qüdrəti onun xarici siyasətinin uğurlarını şərtləndirən əsas amillərdəndir.

“Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm mərkəzinə çevrilmişdir. Biz nəqliyyat və logistika infrastrukturunun inkişafına yatırdığımız sərmayələrlə Asiya və Avropa arasında etibarlı körpü rolunu uğurla yerinə yetirik.” – Prezident İlham Əliyev

Abbasova Xəyalə,
Nizami rayonu 214 saylı məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button