GündəmSiyasət

YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələrin icrası diqqət mərkəzində olub

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Azər Manafov küçəsi, 130” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə və əhalinin sağlamlığının qorunmasında sanitariya-epidemioloji xidmətin roluna həsr olunmuş görüş keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə və əldə etdiyi uğurlara həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov və digər şəxslər çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin, əhalinin sağlamlığının qorunmasının və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsinin dövlətin əsas prioritetləri sırasında olduğu vurğulanıb. YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələrin icrasında partiya üzvlərinin fəallığının, dövlət siyasətinin dəstəklənməsinin və cəmiyyət qarşısında məsuliyyətin əhəmiyyəti qeyd olunub.

Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin dəstəklənməsi, YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin yerinə yetirilməsi, eləcə də əhalinin sağlamlığının qorunması və sanitariya-epidemioloji sabitliyin təmin olunması istiqamətində fəaliyyətin davam etdirilməsi mühüm əhəmiyyət daşıyır.

Sonda Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmaq istəyən şəxslərin müraciətləri dinlənilib, partiyaya üzvlüklə bağlı məsələlərə toxunulub.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Oxşar Xəbərlər

Back to top button