Şuşa və Xarıbülbül: Zəfərin Əbədi Çiçəyi

Azərbaycanın təbiətinin nadir incisi və Şuşanın simvolu olan Xarıbülbül çiçəyi əsrlər boyu bu torpağın ayrılmaz hissəsi olmuşdur. İşğal illərində bu ecazkar çiçək həsrətin, nisgilin və məzlumluğun simvoluna çevrilmişdisə, 2020-ci il noyabrın 8-dən sonra o, tamamilə başqa bir məna – Zəfər və azadlıq rəmzi qazandı.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bərpa olunan və ənənəvi hal alan “Xarıbülbül” musiqi festivalı bu müqəddəs çiçəyin adını daşıyaraq Şuşanın mədəni həyatının zirvəsinə çevrildi. Dünyanın müxtəlif yerlərindən gələn sənətçilər məhz bu simvolun ətrafında birləşirlər.
Xarıbülbül artıq təkcə bitki deyil, həm də hər bir azərbaycanlının yaxasında daşıdığı qürur nişanəsinə, şəhidlərimizin əziz xatirəsinin və qazanılan qələbənin əbədi emblemine çevrilmişdir.
Şuşanın azad torpaqlarında sərbəst şəkildə bitən və açılan Xarıbülbül Azərbaycan xalqının əyilməz ruhunun və əbədi azadlığının təbiətdəki təcəssümüdür.
Eyyub Cumayev,
YAP Nizami rayon təşkilatının fəalı



