Şuşa Zəfərinin Xaricdə Yaşayan Soydaşlarımızda Oyatdığı Milli Qürur

2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi xəbəri dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı tərəfindən misilsiz coşğu və sevinc göz yaşları ilə qarşılandı. Xaricdəki soydaşlarımız üçün Şuşa həmişə itirilmiş Vətənin, nisgilin və qayıdış ümidinin simvolu olmuşdu.
Müharibə günlərində diaspor təşkilatlarımız tərəfindən həyata keçirilən kütləvi aksiyalar, informasiya mübarizəsi və qardaş ölkələrdə göstərilən dəstək Zəfərin qazanılmasında mühüm mənəvi rol oynadı. Şuşanın azad olunması isə bütün bu səylərin ən uca və şanlı mükafatı oldu.
Bu tarixi qələbə xaricdə yaşayan azərbaycanlıların milli özünüdərkini gücləndirdi, onların Vətənlə əlaqələrini daha da möhkəmləndirdi. Dünyanın müxtəlif nöqtələrindən Şuşaya gələn soydaşlarımız azad torpaqda bayraq dalğalandırmanın qürurunu yaşadılar.
Şuşa Zəfəri dünya azərbaycanlılarını bir yumruq kimi birləşdirən, onlara əbədi qürur və başucalığı bəxş edən müqəddəs bir dəyərə çevrildi.
Pərviz Həsənov,
YAP Nizami rayon təşkilatının fəalı



