AnalitikaGündəmSiyasət

Əsrlərdən Gələn Dövlətçilik Varisliyinin Bayrağı

Azərbaycan dövlətçiliyi qədim və zəngin tarixi köklərə malikdir ki, bu da müasir dövrümüzə qədər müxtəlif mərhələlərdən keçərək gəlib çatmışdır. Qədim dövlətlərimizin, xanlıqlarımız və Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı təcrübə bu gün müstəqil respublikamızın siyasətində öz əksini tapmışdır. Tarixi varislik dövlətin gücünü və sabitliyini təmin edən əsas amildir.

Ziyalılarımızın və dövlət xadimlərimizin qoyub getdiyi siyasi irs gələcək nəsillər üçün yol göstərən bir kompas rolunu oynayır. Onların dövlətçilik təfəkkürü və xalqa olan sədaqəti bu gün də örnək alınır. Bu varislik zənciri qırılmadıqca, Azərbaycan dövləti də hər zaman güclü və qüdrətli olacaqdır.

Dövlət rəmzlərimiz – xüsusilə bayrağımız bu tarixi varisliyin canlı şahidi və daşıyıcısıdır. O, keçmişin dövlətçilik təcrübəsini bu günün reallıqları ilə birləşdirir. Hər bir yeni nəsil bu varisliyi qorumaqla dövlətimizin əbədiyyətini təmin edir.

Tarixi köklərinə bağlı olan xalq hər zaman qüdrətli olar. Azərbaycan xalqı da öz dövlətçilik ənənələrinə sadiq qalaraq gələcəyə doğru inamla irəliləyir. Üçrəngli bayrağımız bu şərəfli vəzifənin və əbədi varisliyin ən ali simvoludur.

Yasəmən Kərimova,
YAP Nizami rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button