AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Qafqazın Xirosiması”ndan müasir şəhərə doğru

İşğal dövründə Ağdam şəhəri erməni vandalları tərəfindən tamamilə dağıdılaraq yerlə-yeksan edilmişdi. Beynəlxalq jurnalistlər və ekspertlər tərəfindən “Qafqazın Xirosiması” və “Ruhlar şəhəri” adlandırılan Ağdamda bir dənə də olsun salamat bina qalmamışdı. Tarixi abidələr, məscidlər, muzeylər və yaşayış məhəllələri məqsədli şəkildə məhv edilmişdi.

Azadlıqdan dərhal sonra dövlətimizin başçısının tapşırığı ilə şəhərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verildi. Ağdamın Baş Planı hazırlanaraq müasir şəhərsalma standartlarına uyğun təsdiqləndi. Bu plan şəhərin tarixi ruhunu qorumaqla yanaşı, onu ən müasir “ağıllı şəhər” prinsipləri əsasında qurmağı hədəfləyir.

Bu gün xarabalıqlar üzərində ucalan yeni binalar, geniş prospektlər və parklar xalqımızın quruculuq əzminin göstəricisidir. Ağdam qısa müddətdə dağıntılar altından çıxaraq Qarabağın ən gözəl və abad şəhərlərindən birinə çevrilir. Bu dirçəliş Azərbaycanın gücünün və iradəsinin parlaq nümunəsidir.

Tofiqə Qurbanova,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 24/12” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button