
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı iləAzərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrəşəhər günlərinin təsis edilməsi tarixi Qələbə günləriniəbədiləşdirdi. Həmin Sərəncama əsasən, 25 noyabr KəlbəcərŞəhəri Günü kimi müəyyən olunub. Artıq 4-cü ildir ki, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeydedilir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmışdöyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaətnümayiş etdirmiş Silahlı Qüvvələrimizin 9455 hərbi qulluqçusu“Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. Bu gün, həmçinin Kəlbəcər rayonunun Ermənistan silahlıqüvvələrinin işğalından azad edilməsindən altı il ötür. Kəlbəcərin işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlikqabiliyyəti və yenilməz Ordumuzun Vətən müharibəsindəkiuğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Xatırladaqki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan SilahlıQüvvələri tərəfindən işğal edilmişdi. Kəlbəcərin işğalı nəticəsində 53 min 340 nəfər öz yurdundandidərgin düşmüş, 55 hərbçi, 511 mülki sakin öldürülmüş, 321 nəfər əsir götürülmüşdü, itkin düşmüş və minlərlə sakinyaralanmışdı. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya PrezidentiVladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın2020-ci il noyabrın 10-da imzaladıqları Bəyanata əsasən, Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyiinsanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Məlum olduğu kimi, Ermənistan qeyri-qanuni məskunlaşdırmasiyasətindən əl çəkməyərək BMT-nin və ATƏT-in prinsiplərinəzidd olaraq, 1999-cu ildən Kəlbəcər rayonu ərazisindəermənilərin məskunlaşdırılmasına başlamışdı. Ona görə dəKəlbəcərin boşaldılması üçün əlavə vaxt verildi. Bununla da Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayişetdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərəalaraq müddəti noyabrın 25-dək uzatdı. Bu ərazidəki strateji yüksəkliklər götürülərək erməni silahlıqüvvələrinin hərəkətləri məhdudlaşdırıldı və faktiki olaraqişğalçılar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Yenilməz Ordumuz bəzi istiqamətlərdə strateji nöqtələrdənəzarəti ələ keçirərək Ermənistan ordusunun hərəkətlərini, demək olar ki, iflic vəziyyətə saldı. Üçtərəfli Bəyanatınşərtlərinə əsasən, Kəlbəcərin ermənilərdən boşaldılması zamanıtörədilən vəhşiliklər işğalçıların barbarlığının, ermənivandalizminin növbəti nümayişi oldu. Kəlbəcəri tərk edən qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları iləyadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlaraod vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər. Beynəlxalqictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir dahaerməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğalolunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülkiobyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbicinayət sayılır. Ermənistan bu cinayəti də törədərək beynəlxalqhüquq normalarına hörmətsizliyini açıq şəkildə nümayiş etdirdi. Kəlbəcərdə həzm sistemi xəstəliklərinin əvəzsiz müalicəsi hesabolunan zəngin mineral tərkibə malik olan İstisu müalicə ocağıyerləşir. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələzamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. İstisu mineral suları hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur və daim çağlayan 12 bulaqdanibarətdir. İstisuyu yerin təkindən 58,8 dərəcə C istiliyindəqaynayır. Mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibigöstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Ərazidəki bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarəvurur. Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicə – balneoloji təsirəmalik mineral su yataqları Kəlbəcərə dünya şöhrəti qazandırıb. İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusiləfərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxilixəstəliklərini müalicə etmək mümkündür. “İstisu” İstirahət-müalicə kompleksinin 34 hektar ərazidəsalınması və gündəlik 300 nəfəri qəbul etməsi üçün inşaat işlərigedir. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottec də tikilir. Qədim tarixə malik Kəlbəcər ərazisində alban dövrünə aid çoxluabidə var. Bağlıpəyə kəndi yaxınlığında yerləşən Xudavəngkompleksi Ağdərə-Kəlbəcər avtomobil yolunun üzərində inşaedilib. Laçın kəndində “Laçınqaya” qalası, Lev kəndində “Lev” kilsəsi, Qaraçanlı kəndində “Uluxan” qalası, Başlıbel kəndində“Aşağı qalaça” və “Yuxarı qalaça”, Çərəkdar kəndində Həsən Camal kilsəsi, Qanlıkənddə “Lök” qalası, Qalaboynu və Comərdqalaları da digər qədim alban abidələri sırasına daxildir. Əlverişli relyefi, saf dağ iqlimi, mineral suları ilə böyük turizmpotensialından xəbər verən Kəlbəcərdə 30 min ildən çox tarixiolan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daşabidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığıdövrlərin yadigarlarıdır. Bütün bunlar artıq arxada qalıb. Bu gün Kəlbəcər yeni inkişafmərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin və birincixanım Mehriban Əliyevanın Kəlbəcərə səfərindən sonra buradaəsaslı yenidənqurma işlərinə start verildi. Bu müddət ərzindədövlətimizin başçısı 7 dəfə Kəlbəcərə səfər edib. Hər dəfə yeni müəssisələrin açılışı digərlərinin isə təməli qoyulub. Hazırdabərpa-quruculuq işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyev 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri zamanıburaya köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim edib. Bu vaxta qədər Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülüb. Bütün işlərplanlaşdırılmış şəkildə davam etdirilir. Nazirlər Kabinetinin2024-cü il 1 may tarixli qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötənil sentyabrın 2-də Kəlbəcər rayonuna səfəri zamanı Tərtər çayıüzərindəki “Yuxarı Vəng” Su Elektrik Stansiyasının, “İstisu” yarımstansiyasının, “Zar” KSES-in açılışlarında iştirak edib vəSCADA sistemi vasitəsilə Göygöl rayonunda “Toğanalı” KSES-in açılışını ediblər. Həmin gün Prezident İlham Əliyev və birincixanım Mehriban Əliyeva Kəlbəcərdə “İstisu” mineral suzavodunun da açılışında iştirak ediblər. Beləliklə, Vətənmüharibəsində qazanılan Zəfər sayəsində bu əvəzsiz vəmöhtəşəm şəfa ocağı yenidən insanlara sağlamlıq bəxş edir. Artıq “İstisu” mineral suyunu rəsmi qəbullarda və görüşlərdəgörmək olur. Bu, 44 günlük müharibədə qazanılan Qələbənitərənnüm edən rəmzlərdən biridir.
Elçin Quliyev,
YAP Nərimanov Rayon Təşkilatının sədri



