AnalitikaGündəmSosial

Azərbaycan Əlifbası və Dili Günü: Tarixi Miras

Hər il 1 Avqust tarixinin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması millətimizin öz mənəvi köklərinə qayıdışının rəmzidir. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə təsis edilən bu gün, ana dilimizin dövlət tərəfindən necə yüksək qiymətləndirildiyini nümayiş etdirir.

Ümummilli Liderimiz həmişə xalqı xalq, milləti millət edən başlıca amilin onun ana dili olduğunu bəyan edirdi. O, müxtəlif dillərə mənsub olan insanların Azərbaycan dilini eşidərkən onun necə xoş ahəngli, şeirə bənzər bir dil olduğunu dəfələrlə qeyd etdiklərini bildirmişdir. Biz də bu böyük və zəngin söz ehtiyatına malik dilimizlə fəxr etməliyik.

Müstəqillik dövründə Azərbaycan Respublikası Konstitusiyasında və 2002-ci ildə qəbul edilmiş xüsusi Qanunda dövlət dilinin işlədilməsi ilə bağlı hüquqi əsasların yaradılması bu tarixin mahiyyətini daha da gücləndirir. Gələcək nəsillər də ana dilini ən incəliklərinə qədər öyrənməklə bu mirası qorumalıdırlar.

Nazlı Ələkbərova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button