
Azərbaycan tarixində 28 May və 18 Oktyabr mühüm əhəmiyyət daşıyan tarixi günlərdir. Bu günlər xalqımızın azadlıq və dövlətçilik yolundakı böyük nailiyyətlərini əks etdirir. Hər iki tarix müstəqillik tariximizin ayrılmaz hissəsidir.
28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bununla da xalqımız ilk dəfə müstəqil demokratik respublika qurdu. Bu səbəbdən 28 May Müstəqillik Günü kimi qeyd olunur.
18 Oktyabr isə Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa edildiyi gündür. 1991-ci ildə qəbul olunan Konstitusiya Aktı ilə Azərbaycan yenidən müstəqil dövlət elan edildi. Beləliklə, xalqımız azadlığına yenidən qovuşdu.
2021-ci ildə qəbul olunan qanuna əsasən 28 May Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü adlandırıldı. Bu dəyişiklik dövlətçilik tariximizin düzgün ifadə olunmasına xidmət edir. Azərbaycan Respublikasının məhz 1918-ci ildə yaradıldığı bir daha vurğulandı.
Hər iki tarix xalqımız üçün böyük qürur mənbəyidir. Bu günlər dövlət müstəqilliyimizin necə çətin mübarizələrlə əldə olunduğunu xatırladır. Xalqımız müstəqilliyin qədrini daim yüksək tutur.
Bu gün Azərbaycan güclü və müstəqil dövlət kimi inkişaf edir. Dövlətimizin uğurları xalqımızın birlik və həmrəyliyinin nəticəsidir. Müstəqilliyimiz əbədi və sarsılmazdır.
Aytən İsmayılova,
YAP Nizami rayon təşkilatının fəalı



