AnalitikaGündəmSiyasət

Azərbaycan TDT-nin təhlükəsizlik gündəliyində fəal mövqe nümayiş etdirir

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarını qəbul edən Prezident İlham Əliyev Azərbaycanın TDT çərçivəsində təhlükəsizlik məsələlərinə verdiyi əhəmiyyəti bir daha nümayiş etdirib. Bakının belə mühüm toplantıya ev sahibliyi etməsi Azərbaycanın təşkilat daxilində müxtəlif istiqamətlər üzrə əməkdaşlıq platformalarının formalaşmasına verdiyi töhfəni göstərir.

Azərbaycanın təhlükəsizlik gündəliyinə xüsusi diqqət yetirməsinin mühüm səbəblərindən biri ölkənin yerləşdiyi mürəkkəb geosiyasi coğrafiyadır. Azərbaycan həm Xəzər hövzəsinə, həm Cənubi Qafqaza, həm də Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutlarına çıxışa malikdir. Bu coğrafi xüsusiyyətlər təhlükəsizlik məsələlərinə kompleks yanaşmanı zəruri edir.

Prezident İlham Əliyev çıxışında təhlükəsizliyin enerji və nəqliyyat məsələlərindən ayrı düşünülə bilməyəcəyini vurğulayıb. Çünki enerji xətləri, nəqliyyat dəhlizləri və digər strateji infrastrukturların fəaliyyəti sabit və təhlükəsiz mühitdən asılıdır. Azərbaycanın bu sahələrdə mühüm layihələrdə iştirakı təhlükəsizlik məsələlərinin ölkə üçün xüsusi əhəmiyyət daşıdığını göstərir.

Bakı toplantısı həm də Azərbaycanın TDT daxilində təhlükəsizlik sahəsində təcrübə mübadiləsinə açıq olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrin təhlükəsizlik strukturları arasında koordinasiya mövcud və mümkün təhdidlərin daha erkən müəyyənləşdirilməsinə imkan yarada bilər. Bu istiqamət Türk dövlətləri arasında əməkdaşlığın yeni elementlərindən biri kimi formalaşır.

Firuzə Əmirova, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button