
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində Prezidentlər mətbuata birgə bəyanatlar verərək müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdilər. Azərbaycan ilə Almaniya arasındakı əlaqələr uzun illərdir ki, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq əsasında inkişaf edir.
Azərbaycan və Almaniya arasında ticarət əlaqələri də yüksələn xətlə inkişaf edir. Almaniya Azərbaycanın Avropadakı əsas iqtisadi tərəfdaşlarından biri olmaqla yanaşı, bir çox Alman şirkəti Azərbaycanda müxtəlif sahələrdə, xüsusilə enerji, infrastruktur və sənaye sektorlarında fəaliyyət göstərir. Görüşlər zamanı yeni iqtisadi layihələrin icrası və investisiya imkanları da müzakirə olunmuşdur.
Bu səfər bir daha sübut etdi ki, Azərbaycan və Almaniya arasındakı əlaqələr yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadi, ekoloji və humanitar sahələrdə də dərinləşməkdədir. Gələcəkdə bu əməkdaşlığın daha da güclənəcəyinə dair hər iki tərəfin nümayiş etdirdiyi qətiyyət, iki ölkə arasında strateji tərəfdaşlığın davamlı və uğurlu olacağına əminlik yaradır.
Həsənova Səbinə,
YAP-ın fəalı