
2025-ci il aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum bir daha Azərbaycanın regionda və beynəlxalq aləmdə artan nüfuzunu nümayiş etdirdi. Forumda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı və dərin məzmunlu çıxışı bu tədbirin əhəmiyyətini daha da artırdı. Prezident Cənab İlham Əliyev forum çərçivəsində etdiyi çıxışında dünya siyasətində baş verən proseslərə, Azərbaycanın yeni reallıqlar fonunda mövqeyinə, regional əməkdaşlıq imkanlarına və gələcək strateji prioritetlərə geniş toxundu. Çıxış, həm iştirakçılar, həm də beynəlxalq media tərəfindən maraqla qarşılandı.
Prezident İlham Əliyev forumun əhəmiyyətindən söz açaraq, qlobal miqyasda yaşanan siyasi və iqtisadi dəyişikliklərin dünyada yeni güc balansları formalaşdırdığını qeyd etdi. Bu kontekstdə Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasət kursu, suveren qərarvermə hüququna əsaslanan mövqeyi xüsusilə vurğulandı. O bildirdi ki, dünya artıq əvvəlki kimi deyil və böyük dövlətlər arasında rəqabət getdikcə kəskinləşir. Bu vəziyyətdə, Azərbaycanın öz milli maraqlarını qorumaqla yanaşı, regionda sabitlik və əməkdaşlığın təmin olunmasına töhfə verməsi prioritet olaraq qalır. Azərbaycanın siyasi iradəsi və strateji baxışı qlobal arenada ön plana çıxır.
Azərbaycanın siyasi iradəsi və strateji baxışı qlobal arenada ön plana çıxır. Bu yanaşma yeni dünya düzənində Azərbaycanın mövqeyinin yalnız qorunması deyil, həm də inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi