Gündəmİdman

“Bavariya” “Mançester Yunayted”in iki futbolçusu ilə maraqlanır

Almaniyanın “Bavariya” klubu İngiltərə təmsilçisi “Mançester Yunayted”də çıxış edən iki futbolçu ilə maraqlanır.

“Specialnews.az” “Sky Sport”a istinadən xəbər verir ki, bunlar cinah yarımmüdafiəçisi Ceydon Sanço və hücumçu Rasmus Heylunndur.

Münhen təmsilçisi bu oyunçuların keçidini müzakirə edir. “Qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim futbolçuların komandada qalmasını istəmir.

Qeyd edək ki, Sanço ötən mövsüm icarə əsasında “Çelsi”də çıxış edib. O, 42 matçda 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Heylunn “Mançester Yunayted”də 52 qarşılaşmada 10 qol və 4 məhsuldar ötürmənin müəllifi olub.

Oxşar Xəbərlər

Back to top button