AnalitikaGündəmSiyasət

Beynəlxalq Təşkilatlarda Dəstək

Azərbaycan və Türkmənistan beynəlxalq arenada bir-birinin suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını ardıcıl şəkildə dəstəkləyən iki dost dövlətdir. Prezident İlham Əliyevin Türkmənistana səfəri zamanı bu dəstək bir daha təsdiqlənmişdir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində birgə fəaliyyət məsələləri ətraflı təhlil edilmişdir. Görüşlərdə beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasının vacibliyi vurğulanmışdır.

Prezident İlham Əliyev Türkmənistanın bitərəflik statusuna hörmətlə yanaşdıqlarını və beynəlxalq təşəbbüslərini dəstəklədiklərini bildirmişdir. BMT çərçivəsində qarşılıqlı dəstək ənənəsinin davam etdirilməsi vacib sayılmışdır.

Tərəflər regional sabitliyə təhlükə yaradan amillərə karşı beynəlxalq platformalarda həmrəylik nümayiş etdirməkdə kararlı olduqlarını bəyan etmişlər.

Nəticədə, beynəlxalq təşkilatlardakı sıx koordinasiya iki ölkənin qlobal müstəvidəki mövqelərini möhkəmləndirir. Prezident İlham Əliyevin səfəri beynəlxalq həmrəyliyimizin daha bir təzahürü olmuşdur.

Elnarə Hümmətova,
YAP Nizami rayon təşkilatının “Naxçıvanski küçəsi, 43a” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button