DünyaGündəmSiyasət

BMT-nin beş xüsusi məruzəçisi Fransadan izahat tələb edir

BMT-nin beş xüsusi məruzəçisi Avropa Parlamentinin deputatı, “Əyilməz Fransa” (La France insoumise LFI) partiyasının üzvü Rima Hassanla bağlı Fransada aparılan məhkəmə prosedurları ilə əlaqədar hökumətə rəsmi müraciət edib.

Aktualinfo Media Qrup xəbər verir ki, bu barədə LFI yaydığı açıqlamada bildirib. Partiyanın məlumatına görə, BMT ekspertləri Rima Hassanın ictimai mövqeyinin ictimai debat və ümumi maraq doğuran məsələlər çərçivəsində olduğunu vurğulayıblar.

LFI-nin məlumatına görə, məruzəçilər deputat barəsində çoxsaylı araşdırmaların aparılmasından, bu araşdırmaların demək olar ki, hamısının nəticəsiz başa çatmasından, təkrar dindirmələrdən və polis nəzarətində saxlanılmasından narahatlıq ifadə ediblər.

Ekspertlər bu tədbirlərin məhkəmə və siyasi təqib xarakteri daşıya biləcəyini bildiriblər. Onların fikrincə, bu hallar ifadə və fikir azadlığı, şəxsi həyatın toxunulmazlığı, sərbəst toplaşmaq azadlığı, bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi, eləcə də ictimai həyatda iştirak hüququ da daxil olmaqla, bir sıra insan hüquqlarının pozulmasına səbəb ola bilər.

Məruzəçilər Fransada Fələstin xalqının hüquqlarını müdafiə edən şəxslərə qarşı təzyiqlərin artmasından da narahat olduqlarını bildiriblər. Onların fikrincə, terrorçuluğun təbliği ilə bağlı hüquqi müddəalardan istifadənin genişlənməsi, hətta məhkumluqla nəticələnmədiyi hallarda belə, ifadə azadlığına və demokratik plüralizmə çəkindirici təsir göstərə bilər.

Oxşar Xəbərlər

Back to top button