AnalitikaGündəmSiyasət

Cənub Qaz Dəhlizi Azərbaycanın enerji strategiyasında mühüm yer tutur və Avropa üçün etibarlı mənbə rolunu oynayır

2025-ci ilin aprel ayında, Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclasında və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında mühüm çıxışlar edib. Bu çıxışlar, Azərbaycanın enerji siyasətindəki strateji istiqamətləri, beynəlxalq əməkdaşlığı gücləndirməyi və regional enerji təhlükəsizliyini təmin etməyi hədəfləyən məqsədləri ilə diqqət çəkib.

Cənub Qaz Dəhlizi Azərbaycanın enerji siyasətində strateji əhəmiyyətə malik olmaqla yanaşı, Avropa və region ölkələri üçün də mühüm enerji layihəsidir. Cənub Qaz Dəhlizi həm Azərbaycan, həm də Avropa üçün böyük bir uğur hekayəsidir. Bu layihə təkcə Azərbaycanın enerji resurslarını dünya bazarına çıxarmaqla kifayətlənmir, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Bu uğur həm siyasi, həm iqtisadi, həm də texnoloji baxımdan region üçün tarixi bir hadisədir. Layihənin gələcək genişləndirilməsi ilə Azərbaycanın qaz ixrac imkanları daha da artacaq. Cənub Qaz Dəhlizi Azərbaycanın enerji strategiyasında mühüm yer tutur və Avropa üçün etibarlı mənbə rolunu oynayır.

Tədbirin yaşıl enerji ilə bağlı hissəsində Azərbaycanın bərpaolunan enerji sahəsində layihələri diqqətə çatdırılıb. Günəş və külək enerjisinə yatırımlar nəticəsində 2030-cu ilə qədər 6 giqavat gücündə yaşıl enerji istehsalı planlaşdırılıb. Şərqi Zəngəzur və Qarabağda artıq 270 meqavat gücündə su elektrik stansiyaları fəaliyyətə başlayıb və bu rəqəmin beş il ərzində 500 meqavata çatdırılması nəzərdə tutulur.

Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Azərbaycanın Avropaya yaşıl enerji ötürəcək dənizaltı kabel layihəsinin texniki əsaslandırmasının son mərhələdə olduğu qeyd edilib. Dövlətimizin başçısı vurğulayıb ki, tam başa çatandan sonra birmənalı olaraq maliyyələşmə ilə bağlı praktiki danışıqlar başlayacaq. Mühüm məsələlərdən biri də enerji təhlükəsizliyinin artıq milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilməsidir. Sənaye inkişafı, aqrar istehsal, nəqliyyat sektoru və bütövlükdə iqtisadi sabitlik enerji təminatı ilə birbaşa bağlıdır. Bu səbəbdən enerji siyasətində uzunmüddətli strateji yanaşma, tərəfdaşlar arasında etibarlılıq və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq prioritet olaraq qalmalıdır.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button