AnalitikaDünyaGündəm

“Epşteyn işi”nə görə AŞ-nin keçmiş baş katibinin immuniteti ləğv edilir

Norveçin Xarici İşlər Nazirliyi (XİN) bu ölkənin keçmiş baş naziri, Avropa Şurasının (AŞ) sabiq baş katibi Torbyorn Yaqlandın adının Epşteyn qalmaqalında hallanması ilə bağlı bəyanat yayıb.

“Specialnews.az” “Report”a istinadən xəbər verir ki, bununla bağlı qərarın icrası üçün T.Yaqlandın Avropa Şurasının sabiq baş katibi kimi sahib olduğu immunitetin ləğv edilməsi məqsədilə Norveçin Xarici İşlər Nazirliyi tərəfindən AŞ-nin Nazirlar Komitəsinə müraciət ediləcək.

Bununla əlaqədar, Norveçin AŞ yanında daimi nümayəndəsi Vebyorn Heynesin həmkarlarına işçi qaydada verdiyi məlumata əsasən, sabiq AŞ Baş katibinin immunitetinin ləğv edilməsi ilə bağlı müvafiq qərar layihəsinin AŞ Nazirlər Kabinetinin fevralın 11-də keçiriləcək iclasının gündəliyinə daxil edilməsi planlaşdırılır.

Xatırladaq ki, “Epşteyn işi” çərçivəsində açıqlanmış sənədlər arasında Norveçin İqtisadi va Ətraf Mühit Cinayətlərinin Təhqiqi və Araşdırılması üzrə Milli Orqanı tərəfindan Yaqlanda qarşı cinayət mühakimə icraatının başlanılması ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, T.Yaqland AŞ Baş katibi olduğu dövrdə qatı anti-Azərbaycan mövqeyi ilə seçilib və ölkəmizə qarşı qərəzli addımların əsas təşəbbüskarlarından biri olub.

Oxşar Xəbərlər

Back to top button