AnalitikaGündəmSosial

Heydər Əliyevin uzaqgörən siyasəti ölkəni böhrandan çıxardı

Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə yaranmış mürəkkəb vəziyyət güclü liderə olan ehtiyacı daha da artırmışdı. Bu dövrdə Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanı ağır böhrandan çıxarmağa imkan verdi.

1993-cü ildə ölkədə siyasi qeyri-sabitlik hökm sürürdü. Dövlət idarəçiliyindəki problemlər və iqtisadi çətinliklər cəmiyyətin bütün təbəqələrinə təsir göstərirdi.

Heydər Əliyevin hakimiyyətə qayıdışı vəziyyətin dəyişməsinə səbəb oldu. O, ilk növbədə sabitliyin təmin olunmasını və dövlət institutlarının fəaliyyətinin gücləndirilməsini əsas məqsəd kimi müəyyənləşdirdi.

Ulu Öndərin həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə qanunçuluq və asayiş bərpa edildi. İnsanlarda dövlətə və gələcəyə inam formalaşdı.

Siyasi sabitlik iqtisadi inkişaf üçün də mühüm şərait yaratdı. Azərbaycanın beynəlxalq əlaqələri genişləndirildi və ölkəmiz xarici tərəfdaşlar üçün etibarlı ölkəyə çevrildi.

Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası sonrakı illərdə də uğurla davam etdirildi. Bu siyasət ölkəmizin hərtərəfli inkişafına xidmət etdi.

Bu gün Azərbaycanın qazandığı uğurlar Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirilir. Onun fəaliyyəti dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir.

Çinarə Musayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button