
Tokio Olimpiadasının 100 metr məsafəyə qaçış üzrə gümüş mükafatçısı amerikalı Fred Kerli antidopinq qaydalarını pozduğuna görə müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb.
“Specilanews.az”ın xəbərinə görə, bu barədə müstəqil atletika qurumu “Athletics Integrity Unit”un (AIU) mətbuat xidməti məlumat yayıb.
Cəza müddəti avqustun 12-dən başlayır.
Kerlinin 30 yaşı var. O, 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında bürünc medal qazanıb. Amerikalı üçqat dünya çempionudur.