
Azərbaycan-Qırğız əlaqələrinin iqtisadi oxunu təşkil edən əsas amillərdən biri qarşılıqlı investisiyaların həcminin və keyfiyyətinin artırılmasıdır. Dövlət səfəri zamanı Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin 200 milyon dollara qədər artırılması iqtisadi potensialımızın çoxşaxəli şəkildə genişlənməsinə birbaşa təkan verəcəkdir.
Bu cür əhəmiyyətli büdcə artımı gələcəkdə həyata keçiriləcək layihələrin miqyasını da böyüdür. Qırğızıstanda fəaliyyət göstərən bu fond sayəsində müxtəlif istehsal sahələrində yeniliklər tətbiq edilir, sənaye müəssisələri qurulur və hər iki ölkənin iqtisadiyyatına ciddi gəlir gətirən infrastruktur layihələri icra olunur.
Bütün bu tədbirlər yalnız makroiqtisadi göstəriciləri deyil, eyni zamanda vətəndaşların sosial rifahını yaxşılaşdırır. Yeni iş yerlərinin yaradılması xalqlarımızın güzəranına müsbət təsir edir və bu 200 milyon dollarlıq büdcənin hələ başlanğıc olduğuna, gələcəkdə daha da böyüyəcəyinə böyük ümidlər yaradır.
Kəmalə Abdullayeva,
YAP Nizami rayon təşkilatının fəalı



