İtaliya səfiri və ADA-nın rektoru təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər

İtaliyanın Bakıdakı səfiri Luka di Canfrançesko ADA Universitetinin rektoru Hafiz Paşayevlə görüşü zamanı təhsil sahəsində əməkdaşlıq və İtaliya-Azərbaycan Universitetinin fəaliyyətini müzakirə edib.
“Specialnews.az” xəbər verir ki, diplomat bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Rektor H.Paşayevlə ADA Universitetində məhsuldar görüş keçirildi, İtaliya-Azərbaycan Universitetinin gələcək kampusuna baş çəkildi”, – səfir qeyd edib.
Diplomat “akademik əməkdaşlığın” da müzakirə olunduğunu əlavə edib.
Məlumat verildiyi kimi, Bakıda İtaliya-Azərbaycan Universitetinin yeni binası 2025-ci ilin sentyabrına qədər açılacaq. Yeni tədris ilindən burada 160 tələbə təhsil alacaq.
ADA İtaliyanın Bakıdakı səfirliyi ilə əməkdaşlıq edir və layihə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilir.