AnalitikaGündəmSiyasət

Kənd Təsərrüfatı, Suvarma Sistemləri və Ərzaq Təhlükəsizliyi

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi strategiya Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı potensialını tamamilə yeni müstəviyə qaldırır. Bir neçə ay bundan əvvəl bilavasitə dövlət başçısının qərarı ilə qəbul edilmiş kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında bu bölgənin xüsusi yeri və payı təsbit olunmuşdur. Bu mühüm sənəddə muxtar respublikanın aqrar imkanlarının genişləndirilməsi üçün lazımi maliyyə vəsaitinin ayrılması rəsmiləşdirilmişdir. Naxçıvanın sürətli inkişafı üçün dövlət büdcəsindən hər il ayrılan yüz milyonlarla manat vəsait bu sahənin də tərəqqisinə mühüm təkan verir.

Aqrar sektorun inkişafı üçün həyati əhəmiyyət daşıyan əsas amil suvarma layihələrinin genişmiqyaslı icrasıdır. Prezident İlham Əliyevin göstərişi əsasında Naxçıvanda bir çox yeni artezian quyularının qazılması prosesinə başlanılmışdır. Kənd təsərrüfatında ən müasir texnologiyaların tətbiqi məqsədilə bölgədə müasir suvarma sistemlərinin quraşdırılması planlı şəkildə həyata keçirilir. Dövlət başçısının bu konseptual yanaşması sayəsində bu günə qədər suvarılmayan minlərlə hektar torpaqlara su veriləcəkdir.

Həyata keçirilən bu ardıcıl tədbirlər kənd təsərrüfatında məhsuldarlığın kəskin artmasına və muxtar respublikanın ərzaq təhlükəsizliyinin mütləq təminatına xidmət edir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində bölgədə icra edilən suvarma layihələri əkin sahələrinin genişləndirilməsinə və yeni aqrar iş yerlərinin açılmasına zəmin yaradır. Dövlət başçısı tərəfindən Naxçıvana ezam edilmiş böyük mütəxəssis heyəti bütün bu məsələləri dərindən təhlil etmiş və konkret işlərə start verilmişdir. Bu elmi əsaslandırılmış və planlı siyasət aqrar sektorun gələcək yüksəlişini şərtsiz sığortalayır.

Görülən işlərin miqyasını daha da genişləndirmək məqsədilə Prezident İlham Əliyev tərəfindən sosial-iqtisadi inkişafı sürətləndirən əlavə tədbirlər haqqında Sərəncamın imzalanacağı da bəyan edilmişdir. Çox böyük maliyyətutumlu olacaq həmin Sərəncamda, o cümlədən kənd təsərrüfatı sahəsini əhatə edən konkret layihələr göstəriləcəkdir. Layihələrin operativ və şəffaf icrasını təmin etmək üçün proseslərə lazımi dövlət nəzarəti həyata keçiriləcəkdir. Nəticə etibarilə Prezident İlham Əliyevin bu çoxşaxəli aqrar siyasəti muxtar respublikanın hərtərəfli və daha sürətli inkişafına əvəzsiz töhfələr verəcəkdir.

Zakir Şahverdi,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button